Şirkətimiz Haqqinda

Modern Communication Technology yerli bazarda avadanlıq satışı və xidmətləri sahəsində 10 illik təcrübəyə malik 3 Komputer və proqramlaşdrıma, veb xidmətlər bazarında 15 illik təcrübəsi və aparıcı yerlərdən birinin sahibi olan 4 şirkətin birləşmələrinin nəticəsində formalaşmışdır. Şirkət hər iki tərəfin güclərini birləşdirərək və yeni kadrları da cəlb edərək İnformasiya Texnologiyaları bazarında ciddi addımlar atmağa başlamışdır. Keyfiyyət –şirkətin korporativ strategiyasının əsas amilidir. Modern Communication Technology dinamik inkişaf edən şirkətlər üçün İnformasiya Texnologiyaları sahəsində müxtəlif həllər və avadanlıqlar təklif edir. Şirkətin təklif etdiyi həllər müasir biznes tələblərinə cavab verəcək şəkildə və yeni texnologiyaların tətbiqi ilə hazırlanmışdir. Təklif edilən avadanlıqlar isə dünyanın tanınmış şirkətlərinin məhsullarıdır. Biz həmişə müştərilərimizə ən yaxşı texnologiyaları, müasir avadanlıqları və yüksək keyfiyyətli xidmətləri təklif etməyə çalışırıq. Biz bir çox tanınmış şirkətlərlə əməkdaşlıqlarımızı davam etdirərək dünya təcrübəsinin mənimsənilməsində ciddi addımlar atırıq. Yeni layihələrimiz bizim yeni təcrübələr əldə etməyimizə və müştərilərimizə daha mükəmməl xidmətlər təklif etməyimizə imkan verir. Biz həyata keçirdiyimiz bütün layihələrin hər etapını ciddi nəzarətdə saxlayır və beləliklə onun ən ideal şəkildə nəticələnməsinə çalışırıq. Modern Communication Technology – Korporativ biznesin infrastrukturu üçün ideal həllər Modern Communication Technology aşağıdakı xidmətləri göstərir : Korporativ informasiya sistemlərinin qurulması və biznes proqramlaşdırma Veb layihələrin hazırlanması və həyata keçirilməsi İT konsaltinq və İT autsorsinq Telekomunikasiya sistemlərinin, call-mərkəzlərin, İP telefoniya sitemlərinin və video-konfrans əlaqələri sistemlərinin qurulması Xüsusi növ avadanlıqlarla təminat Servis xidmətləri və texniki dəstək Məqsədimiz və qürurumuz müştərilərimizin tələblərinə cavab verəcək xidmətlər təklif etmək və onların məmnuniyyətidir. Hədəfimiz İnformasiya Texnologiyaları bazarında etibarlı bir lider olmaqdır. Modern Communication Technology hazırda dünyanın tanınmış avadanlıq istehsalçısı və proqramlaşdırma şirkətləri ilə sıx əməkdaşlığa başlamışdır. Hazırda Modern Communication Technology həmin şirkətlərin bir neçəsinin yerli bazarda xüsusi nümayəndəsidir. Əməkdaşlığın daha genişləndirilməsi sahəsində artıq yeni addımlar atılmağa başlanmışdır.